Moskvada nəqliyyat böhranı: Üç hava limanında reyslər ləğv edildi

09:40 01-12-2019 402

Moskvada hava nəqliyyatının təşkilində problemlər davam edir. 

REN TV xəbər verir ki, ölkənin üç hava limanında daha 20-ə qədər reys təxirə salınıb və ya ləğv edilib. 

Belə ki, “Vnukovo”, “Şeremetyevo” və “Domodedovo”da bu gün səhərə olan bəzi gedişlər dayandırılıb. 

Problemin əlverişsiz hava şərtləri səbəbindən yarandığı ehtimal olunur.