Fəridə Hilal Akın: Röya və Nigardan başqa sənətçiniz var?! - FOTO/VİDEO

15:20 01-12-2019 674

Ötən gecə Xalq artisti Röya Ayxan Türkiyənin məşhur müğənniləri Ersay Üner və Fəridə Hilal Akınla “Elektra Hall”da klub konserti ilə çıxış ediblər.  

HerGun.Az xəbər verir ki, konsert öncəsi kulisdə cazibədar ifaçı Fəridə Hilal Akın redaksiyamızın əməkdaşına ayaqüstü müsahibə verib.  

Fəridə Bakıya ilk dəfə gəldiyini və Azərbaycan dilinə aşiq olduğunu bildirib:  

“Bakıya ilk səfərimdir. Sabah şəhərə çıxıb, gəzəcəm. O qədər gözəl danışıq tərziniz var ki, adama ləzzət edir. Məsələn, “Ay, balam”. Bakı çox gözəl şəhərdir, sizi çox sevdim”.  

“Milli mətbəximizin hansı təamını daddınız?” sualına isə türk xanım ifaçı bu cür reaksiya verib:  

“İndi söyləyəcəklərimdən çox utanacam. Restoranda çox dəxlisiz bir yemək yedim. Kafede oturub, “Paris” yedim (gülür). Sabah restorana gedib mütləq şəkildə milli mətbəxinizin dadına baxacam”.  

“Azərbaycan müğənnilərindən kimi tanıyırsız?” suallna isə Fəridə cavabı ilə təəcübləndirməyi bacarıb: 

“Gənclərdə Röyan, Şuranı və Nigarı tanıyıram. Başqa sənətçiləriniz var mı?!”  

Rəşad Əliyev