FHN əməkdaşları qarajların arasında sıxılıb ölən şəxsin meyitini çıxarıblar

22:00 01-12-2019 368

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində iki qarajın arasında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.