Braziliyada şənlikdə basırıq yarandı, 9 nəfər öldü

04:20 02-12-2019 391

Braziliyanın San-Paulu şəhərində şənlikdə basırıq nətiəsində 9 nəfər ölüb.

“Reuters” xəbər verir ki, daha 7 nəfər yaralanıb.

Tədbirdə ümumilikdə 5 minə yaxın insan iştirak edib.

Məlumata görə, iki cinayətkar polisdən qaçaraq kütlə içində gizlənib. Polis əməkdaşları razin güllələrlə atəş açıblar, bu da öz növbəsində çaxnaşma və basırıq yaradıb.

Polis öz əməkdaşlarının hərərkətlərini araşdırmaq üçün istntaqa başlayıb.