OPEK ölkələri neft hasilatını azaltdı

03:40 04-12-2019 540

Neft hasilatının ixtisarı ilə bağlı razılaşmada iştirak edən OPEC+ ölkələri oktyabrda planı 142% yerinə yetirib.

TASS xəbər verir ki, Vyanada OPEC+ texniki komitəsinin iclasının nəticələri məlum olub.

Razılaşmaya imzaatan ölkələr neft hasilatını gündə 1,2 milyon barel əvəzinə 1,7 milyon barel azaldıb. Beləliklə də, nef hasilatının miqdarı baza üçün qəbul edilmiş səviyyəyə çatıb.

Oktyabrda OPEC ölkələri sazişin şərtlərini 142% icra ediblər, qeyri-OPEC ölkələri isə 141%.