Aeroport yolunda BMW yük maşınına çırpıldı - VİDEO

10:40 04-12-2019 454

Paytaxtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

HerGun.Az xəbər verir ki, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisində baş verib.

Qəza zamanı  90-DA-130 dövlət nömrə nişanlı, BMW markalı avtomobil yük maşınına arxadan çırpılıb.

Məlumatlara görə, qəza zamanı yük avtomobili yol kənarında dayanmış vəziyyətdə olub.

Hadisə nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. Qəza zamanı BMW yararsız vəziyyətə düşüb.

Samir İsayev