Qarabağda dörd yaşlı qız ölüb

22:45 24-06-2018 40

Ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağda bir ay əvvəl canavarın hücumuna məruz qalan 4 yaşlı qız ölüb.

HerGun.Az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, uşaq iyunun 21-də Xankəndi şəhərində “quduzluq” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Növbəti gün vəfat edib.

Qeyd edək ki, hadisə 28 mayda Qarabağın cənubunda baş verib. Qurdun hücumuna üç uşaq məruz qalıb.