Çindən ABŞ-a çağırış: Daxili işlərimizə qarışmayın

00:20 05-12-2019 415

Çin ABŞ-a Nümayəndələr Palatası tərəfindən təsdiqlənən Sintszyan-Uyğur muxtar rayonunda insan hüquqlarının gözlənilməsi haqqında Qanun layihəsinin Pekin və Vaşinqton arasında əməkdaşlıqda öz əksini tapacağı barədə xəbərdarlıq edib.

RT xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin danışıb.

“Bu sənəd Sintszyan-Uyğur Muxtar rayonunda insan hüquqları ilə bağlı vəziyyəti bilərəkdən pisləşdirir, Çinin terrorçuluq və radikallaşma ilə mübarizə səylərini qaralayır, Çin hökumətinin inzibati siyasətinə zərərli bir hücum sayılır və beynəlxalq hüququ, beynəlxalq münasibətlərin əsas prinsiplərini ciddi şəkildə pozur. ABŞ-ı səhvlərini dərhal düzəltməyə və yuxarıda göstərilən Sintszyanla bağlı qanun layihəsinin qəbul edilməsinin qarşısını almağa, həmçinin bu problemin Çinin daxili işlərinə qarışmaq üçün istifadəsini dayandırmağa çağırırıq. Çin vəziyyətin inkişafına uyğun olaraq bundan sonra da reaksiyasını göstərəcək”, - deyə Çunin bildirib.