Ceyms Bond haqqında yeni filmin treyleri nümayiş olundu – VİDEO

07:40 05-12-2019 499

İnternetdə Ceyms Bond haqqında yeni filmin treyleri nümayiş olunub. “Ölməyin vaxtı deyil” adlı filmin videosu “YouTube”da yerləşdirilib. 
 
2,5 dəqiqəlik videoda filmdəki atışmalar, partlayışlar və təqiblər göstərilib. 
 
Ceyms Bond haqqında sayca 25-ci film baş rolun ifaçısı Deniyel Kreyq üçün sonuncu olacaq. 
 
Film İngiltərədə, Norvecdə, İtaliyada və Yamaykada cəkilib. 
 
“Ölməyin vaxtı deyil” - Bond haqqında filmlər içində ən bahalısı hesab olunur.