Azərbaycanlı bacılar İsveçdə deputat oldular - FOTO

10:20 05-12-2019 350

İki azərbaycanlı bacı İsveçdə parlament seçkilərində deputat seçiliblər.

Bu barədə İsveçdə “Azərbaycan naminə” təşkilatının rəhbəri Nadir Qollenbrand məlumat verib.

Onun sözlərinə görə, 26 yaşlı Aylin Fazelian İsveç Sosial-Demokrat partiyasından deputat seçilib.

Onun 34 yaşlı bacısı Aydan Kərimli isə Vastra Qotaland vilayətində partiya mərkəzinin bələdiyyə məsləhət şurasına üzvü olub.

“Qeyd edim ki, ilk dəfə onların ögey ataları Avropa ölkəsində deputat olub. Hazırda hökumətdə kimin təmsil olunacağı məlum deyil, məsləhətləşmələr davam edir. Bildirim ki, azərbaycanlı qadın ilk dəfə bir Avropa ölkəsində deputat oldu”, - deyə Nadir Qollenbrand bildirib.