“Kiğılı” yeni konseptli mağazalarını paytaxtda dəbsevərlərin ixtiyarına verdi - FOTO

11:20 05-12-2019 553

Noyabrın 29-da Türkiyə moda sənayesinin nəhənglərindən olan “Kiğılı” markası yeni konseptli mağazalarını möhtəşəm açılışla paytaxtda dəbsevərlərin ixtiyarına verib. 

Ötən əsrin 30-cu illərindən parça satışı məqsədilə yaradılan brend 1969-cu ildən şalvar və köynək istehsalına keçib. İlk mağaza isə 1969-cu ildə açılıb.

Artıq Fransa, İran, İraq, Gürcüstan, Türkmənistan, Makedonya, Avstriya ve Çində 225 mağazası olan “Kiğılı”nın Bakıda da iki mağazası var. Yeni açılan mağazalar Park Bulvar AVM 2-ci mərtəbə və Hüseyn Cavid prospekti, Ə.Haqverdiyev küçəsi, 566-cı məhəllə ünvanlarında yerləşir.

Müasir və klassik geyinməyi sevən bəylərin seçimi olan brend keyfiyyət axtaranların yolunu gözləyir. Bundan başqa, mağazalarda istədiyiniz İtalyan və Türk parçalarından geyimləri öz zövq və isyəyinizə uyğun sifariş verə bilərsiniz.

Yenilənmiş mağazaların açılışını Türkiyənin məşhur aktyoru Oktay Kaynarca və “Kiğılı” markasının CEO-su Hilal Süərdəm edib. Bir çox tanınmışların qatıldığı gecə musiqinin müşayiəti ilə davam edib.