Prezident Şamaxı rayonuna səfər edib - FOTO

18:40 05-12-2019 525

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gedib. 

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. 

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib. 

Dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.