Ağdaşda 37 yaşlı kişi kanalda boğuldu

19:00 05-12-2019 414

Ağdaş rayonunda bir nəfər kanala düşərək boğulub.  

FHN-dən HerGun.Az-a verilən məlumata görə, naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.  

S. Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.