Mühafizə müdiri ona qapı açmayan qadınları vəhşicəsinə döydü - VİDEO

22:00 05-12-2019 515

Türkiyənin Samsun şəhərində mühafizə müdiri iki qadın mühafizəçini döyüb.

Hadisə döyülən qadınlardan birinin telefonu ilə çəkilib.

“Qaradəniz Qızlar Yataqxanası”nda müdir onun üçün qapı açmadıqlarına görə, qadınları əvvəl acılayıb, sonra isə vəhşicəsinə döyüb.

“DHA”nın xəbərinə görə, hadisənin görüntüləri yayılandan sonra mühafizə müdiri vəzifəsindən çıxarılıb və məsələ ilə bağlı istintaq başlayıb.