Bakının iki ayrı rayonunda iki qadını maşın vurub

03:00 06-12-2019 350

Bakı şəhərində piyadaların vurulması ilə nəticələnən iki qəza hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, hadisələrdən biri Xəzər rayonunun Qala qəsəbəsində qeydə alınıb. 

Minik avtomobili yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Hüseynova Natəvan Namiq qızını vurub.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. 

Yasamal rayonunda da yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

Hadisə “Bizim Market”in qarşısında baş verib.  

“Toyota” markalı minik avtomobili 34 yaşlı Musayeva Xəyalə Vaqif qızını vurub.  

Yaralı xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli, Elşad Mətləboğlu