Ani Lorak yeni klipini və “yeni” fiqurunu göstərdi - VİDEO

06:40 06-12-2019 492

Ukraynalı müğənni Ani Lorak “Biz qaydaları pozuruq” mahnısına çəkdiyi yeni klipi təqdim edib.
 
Müğənninin “YouTube”-kanalında yerləşdirilən videoya bir gün ərzində yarım milyondan çox insan baxıb. 
 
Mahnını Lorak özü 26 yaşlı sevgilisi Eqor Qlebdan ilham alaraq bəst edib. Klipin rejissoru isə Alan Badoyevdir. 
 
Kifayyət qədər arıqlayan 41 yaşlı ulduz kamera qarşısına cazibədar geyimdə çıxıb. Qısa topik və yubka diqqəti müğənninin yeni fiquruna cəlb edir.