Sevil Qaziyeva parkı yaxınlığında orta yaşlı kişi bıçaqlandı

07:00 06-12-2019 542

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. 
 
HerGun.Az xəbər verir ki. hadisə Cəlil Məmmədquluzadə 4 ünvanında qeydə alınıb. 
 
1975-ci il təvəllüdlü Xankişiyev Nurkişi Babakişi oğlu naməlum şəraitdə bıçaqlanıb. 
 
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılır. 
 
Kamil Əmirli, Elşad Mətləboğlu