Gecə ərzində Bakı küçələrində 3 piyada vuruldu - İkisi gənc, biri azyaşlıdır

08:20 06-12-2019 404

Abşeronda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Xırdalan şəhərində qeydə alınıb.

596 saylı sərnişin avtobusu 2009-cu il təvəllüdlü Xudaverdiyev Əliabbas Arif oğlunu vurub.

Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər YNH Binəqədi rayonunda baş verib.

7-ci mikrorayon ərazisində yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Səfərova Kamilla Əsədulla qızını maşın vurub.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

magistralında

Qaradağ rayonunda da piyadanın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Tağıyev İxtiyar Əhməd oğlunu vurub.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bütün hadisələrlə bağlı polis tərəfindən araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu