Beşuşaqlı qadın övladını məktəbin qabağında satdı

08:40 06-12-2019 362

ABŞ-ın Kentukki ştatının sakini Maria Dominqo-Perez uşağını məktəb qarşısında satmaq istədiyi zaman həbs edilib.

“The Sun” xəbər verir ki, 31 yaşlı qadın beş uşaq anasıdır.

37 yaşlı Katarina Xose Felippe və 45 yaşlı Xose Manuei Paskal qadına 2 min dollar (3500 manat) verən anda hər üçü polis tərəfindən saxlanılıb.     

Onlara uşaq alveri ilə bağlı ittiham irəli sürülüb.   

Qadın həbsxanada olduğu vaxtda uşaqlarına məktəbin əməkdaşı baxacaq.