“Taxt oyunları” serialının aktrisasının adı reytinqdə üçüncü oldu - FOTO

11:00 06-12-2019 535

IMDb film nəşri 2019-cu ildə ən populyar aktyor və aktrisaların siyahısını dərc edib.

Yayımlanan reytinq son bir ildə xidmət istifadəçilərinin axtarış sorğuları əsasında tərtib olunub.

Beləliklə, birinci yeri eyniadlı filmdə “Kapitan Marvel” rolunu canlandıran Bri Larsen, ikinci yeri “Oğlanlar” serialında rol alan Erin Moriarti tutub. Üçüncü yerdə “Taxt oyunları” serialında Daeneris Targaryen rolu ilə tanınan Emiliya Klark qərarlaşıb.

10 aktyorun içərisində Naomi Skott, Kianu Rivs, Xoakin Feniks, Marqo Robbi, Zaları Livay, Dark Montqomeri və Rosa Salazar yer alıb. 

Rəşad Əliyev