Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində fəaliyyətini gücləndirməkdədir - FOTO

13:20 06-12-2019 130

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Resbuplikasında fəaliyyətini gücləndirməkdədir.

Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Çinin Guandzhou şəhərində keçirilən “Imperial Spring – 2019” toplantısında tərəfdaş kimi çıxış edib.

Toplantıda NGBM-nin Həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberqa rəhbərliyi ilə Mərkəzin üzvü olan ondan çox sabiq ölkə və hökumət başçıları iştirak edib. 

Multilaletarizm, BMT-nin Davamlı Inkişaf proqramı və Beynəlxalq qaydalara əsaslanan dünya nizamına həsr olunmuş konfransın açılışında Çin Xalq Respublikasının Vitse Prezidenti Wang Qishan iştirak edib. 

Tədbirin çərçivəsində Çin Xalq Respublikasının Prezidenti cənab Xi Jinping toplantıda iştirak edən sabiq ölkə və hökumət başçılarını qəbul edərək toplantı çərçivəsində qaldırılan məsələləri müzakirə edib.

Görüş zamanı xanım Vaira Vike-Freiberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu əməkdaşlığa qoşulmasının əhəmiyyəti, Mərkəz tərəfindən illik təşkil olunan Qlobal Bakı Forumunun artan Beynəlxalq nüfuzunu xüsusi olaraq vurğulayıb.  

Mərkəzin üzvü Bosnia və Herzeqovinanın sabiq Prezidenti Mladen İvanic isə “Bir Kəmər-Bir İpək” yol xətti, “17+” layihələrinin Qafqazdan başlayaraq Şərqi-Avropa ölkələrinin inkişafına göstərdiyi önəmli dəstəyi və Azerbaycan Respublikası Prezidentinin dəstəyi ilə keçirilən Qlobal Bakı Forumları çərçivəsində mütəmmadi olaraq Çin ilə bağlı müzakirə və fikir mübadilələrinin aparılması mühüm rol oynayır.