Azərbaycanlı narkotacir Rusiyada həbs edildi

01:27 04-07-2019 951

Rusiyanın Perm vilayətində Azərbaycan vətəndaşı həbs edilib.

“İnterfax-russia”nın məlumatına görə, Zabil Məmmədov adlı həmyerlimiz külli miqdarda narkotik maddənin daşınması və satışında təqsirli bilinib.

Z.Məmmədov ötən ilin may ayında Krasnokamsk şəhərində saxlanılıb və onun avtomobilinə baxış zamanı 7.7 kq-dan çox həşiş və 2.2 qr kokain aşkarlanıb.

Günahı sübuta yetirilən məhkum 4 il 3 ay müddətində azadlıqdan məhrum edilib.

Bundan əlavə, o, 400 min rubl (10700 AZN – red.) məbləğində cərimə edilib və avtomobili məhkəmə tərəfindən müsadirə olunub.