Xaçmazda iki avtomobil toqquşub, ölənlər var

19:40 06-12-2019 365

Xaçmaz rayonunda iki avtomobil toqquşub, ölənlər var.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xaçmaz rayonunun Çarxı kəndi ərazisində baş verib. Gəndob-Yalama yolunda hərəkətdə olan yük avtomobili ilə minik maşını toqquşub. Qəza 2 nəfərim ölümü ilə nəticələnib.

Dünyasını dəyişənlərin minik avtomobilinin sürcüsü və sərnişini olduğu bildirilir.

Fakt araşdırılır.

Emin Xan