Cekson: Yemelyanenko ilə görüşdə nəticə nokaut olacaq

13:40 07-12-2019 426

Amerikalı döyüşçü Kvinton Cekson rusiyalı Fyodor Yemelyanenkoya qarşı döyüşün nəticəsinin hakim qərarına əsasən müəyyən edilməsinə ehtiyac olmayacağını açıqlayıb.

Lenta xəbər verir ki, Cekson döyüşün azarkeşlər üçün əsl şou olacağını qeyd edib.

“Nəticənin hakimlərin qərarına qalacağını düşünmürəm. Hiss edirəm ki, ikimizdən biri nokaut olacaq. Lakin bu görüşdə uduzan olmayacaq. İstənilən halda azarkeşlər qazanacaq, çünki biz əsl şou təşkil edəcəyik”, - Cekson bildirib.

Xatırladaq ki, amerikalı və rusiyalı döyüşçülər arasında görüş dekabrın 29-da Tokioda baş tutacaq.