Qəza anında qadının reaksiyası hər kəsi təəccübləndirdi - VİDEO

14:20 07-12-2019 527

Sosial şəbəkələrdə qəribə bir qəzanın görüntüləri yayılıb. Kadrlarda görünür ki, qadın yoldan çıxan avtomobilin üzərinə gəldiyini görsə də, çox sakit addımlarla kənara çəkilir.

Videogörüntüləri “Daily Mail” yayıb.

Hadisənin Rusiyada baş verldiyi bildirilir.

Kadrlardan görünür ki, “Mazda” markalı avtomobilin sürücüsü idarəetməni itirir, maşın yoldan çıxaraq, əvvəlcə kənarda dayanan mikroavtobusa, sonra isə divara çırpılır. Bu vaxt yolda hərəkət edən təqribən 30 yaşlarında olan qadın maşının üzərinə gəldiyini görərək, sakit addımlarla kənara çəkilir. Avtomobil isə sütuna dəyənərək dayanır.

Hadisə zamanı xəsarət alanın olub-olmadığı bəlli deyil.