Dəyəri bir milyard olan sikkə satışa çıxdı

12:00 08-12-2019 872

Sankt-Peterburq sakini dəyəri bir milyard rubl (26 milyon 700 min AZN) olan sikkəni satışa çıxarıb. Bu barədə elan məşhur “Avito” saytında yer alıb.

Dəyəri iki rubl olan sikkə 2016-cı ildə Moskvada kəsilib. Elana görə, sikkənin unikallığı üzləri arasındakı nisbətindədir.  Satıcı sikkənin kolleksiyaçılar arasında dəyərli ola biləcəyinə inandığını qeyd edib:

“Mən heç kimi aldatmıram və bu nadir sikkəni almağa məcbur etmirəm”.