Yevda Abramovla vida mərasimi keçirilir - FOTO

12:40 08-12-2019 49

Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində vəfat etmiş millət vəkili Yevda Abramovla vida mərasimi keçirilir.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, vida mərasimində dünyanın müxtəlif ölkələrindən xüsusilə yəhudi əsilli şəxslər, Milli Məclisin üzvləri, ictimai xadimlər iştirak edir.

İştirakçılar arasında YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, millət vəkilləri Vahid Əhmədov, Fuad Muradov, Xaçmaz və Quba rayonlarının icra başçıları və başqaları var.

Mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, Y.Abramov dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.