Uşaq taekvondoçular Avropa çempionatından yeddi medalla qayıdır - YENİLƏNİB + FOTO

15:20 08-12-2019 1176

Almaniyada uşaqlar arasında keçirilən Avropa birinciliyinə bu gün yekun vurulub.

HerGun.Az xəbər verir ki, son gün daha iki taekvondoçu mükafatçılar sırasında yer alıb. Elmira Bayrak (-22 kq, “Təhsil” Sumqayıt) və Süleyman Həsənov (-26 kq, Gədəbəy GİK) bürünc medal qazanaraq öz çəki dərəcələrində Avropa üçüncüsü olub. Bununla da 10 idmançı ilə qatılan komandamız Bakıya yeddi medalla qayıdacaq. 

14:33

Almaniyanın Zindelfinqen şəhərində uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində Azərbaycan beş medal qazanıb.

HerGun.Az xəbər verir ki, “Ümid” taekvondo klubunun yetirməsi olan Mehdi Budaqlı (-27 kq) yarışın qızıl medalına sahib olub. Aydın Süleymanov (-32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (-39 kq, “Əmin” t.k.) və Tamerlan Yaqubov (-29 kq, FHN) gümüş medal, Fərid Quşxani (-35 kq, “Ümid” t.k.) isə birinciliyi bürünc medalla başa vurub.

Xatırladaq ki, Avropa birinciliyinə respublikamızda fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 10 idmançı qatılıb.

Səbuhi Musayev