Peru Çilini darmadağın edib finala yüksəldi – VİDEO

09:09 04-07-2019 618

Braziliyanın Portu-Alleqri şəhərində futbol üzrə Amerika Kubokunun ikinci yarımfinalında Peru və Çili yığmaları qarşılaşıblar.

HerGun.Az xəbər verir ki, Peru təmsilçiləri Çili yığmasını 3:0 hesabı ilə yenərək sensasiyaya imza atıblar.

Oyunda qolları Flores (21 dəq), Yotun (38 dəq) və Gerrero (90+1) vurublar.

Beləliklə, Peru yığması son iki Amerika Kubokunun qalıbı Çilini mübarizədən kənarlaşdırıb.

Finalda onlar Braziliya yığması ilə gücünü sınayacaqlar.