Bakıda dəhşət: Bacı və qardaş yaşadıqları evdə naməlum şəraitdə bıçaqlandı

09:40 09-12-2019 906

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

2001-ci il təvəllüdlü Qafarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar.

Yaralılar təcili yardimin köməyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.