Məşhur rəssam evsizi Santa-Klaus qismində əks etdirdi - VİDEO

08:00 10-12-2019 602

Məşhur britaniyalı qrafiti ustası Benksi yeni işinin videosunu təqdim edib.

“Metro” xəbər verir ki, rəssam videonu “Instagram” səhifəsində paylaşıb.

“Allah Birmingemi saxlasın. Rayanı çəkdiyimiz 20 dəqiqə ərzində yoldan keçənlər ona isti çay, şokolad və alışqan verdilər”, - video belə şərh edilib.

Videoda skamyada uzanan evsiz kişi əks olunub. Yanında cəkilən iki maral şəkili onun Santa-Klaus olduğuna işarə edir.