Braziliyalı Rodriqonun qolu “Ajax”ı Çempionlar Liqasından kənarlaşdırdı – VİDEO

06:40 11-12-2019 853

Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib. Amsterdamda yerli “Ajax” İspaniyanın “Valensiya” komandasını qəbul edib. 
 
HerGun.Az xəbər verir ki, pley-off mərhələsinə çıxmaq üçün “Ajax”a heç-heçə də kifayyət ediridi. 
 
Lakin “Valensiya”nın hüumçusu Rodriqo Morenonun 24-ü dəqiqədə vurduğu qol hollandları məğlub duruma qoydu. “Ajax” sonqa qədər mübarizə aparsa da rəqib qapısına yol tapa bilməyib. 
 
“Valensiya” qələbə qazanaraq qrupda birinci yeri tutub, ikinci yerdə isə “Çelsi” qərarlaşıb.