Yeni “Kabus ovçuları”nın ilk treyleri təqdim olundu – VİDEO

08:40 11-12-2019 718

“Sony Pictures” yeni “Kabus ovçuları” filminin ilk treylerini təqdim edib.

HerGun.Az xəbər verir ki, filmin rejissoru Ceyson Raytmandır.

Baş rollarda Kerri Kun, Makkenna Qreys və Finn Vulfard çəkiliblər, həmçinin Den Eykroyd, Bill Mürrey, Siquirni Uiver və Enni Potts öz rollarına qayıdıblar.

Süjetə əsasən hadisələr ABŞ-ın Oklahoma ştatında cərəyan edir. Qadın iki uşağı ilə atasından qalan fermaya köçür və burada onlar paranormal hadisələrin şahidi olurlar. Məlum olur ki, evin sahibi keçmişdə kabus ovçusu olub.  

Film 2020-ci ilin yayında ekranlara çıxacaq.