Bu partiyalar parlament seçkilərində iştirak üçün müraciət etdi - MSK qərar verdi

16:40 11-12-2019 526

Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin səlahiyyətli nümayəndələri qeydə alınıb.

HerGun.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib.

Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.