İspaniyada “Qarabağ” İdman Klubunun yeni zalı açılacaq

18:20 11-12-2019 816

Yaxın aylarda İspaniyada fəaliyyətə başlayan “Qarabağ” İdman Klubunun yeni zalının açılış mərasimi olacaq. 

Bu barədə HerGun.Az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Artıq klub neçə aydır ki, fəaliyyət göstərir. Öz sırasında onlarla idmançını birləşdirib. Klubun üzvləri “Qarabağ” klubunun adından beynəlxalq yarışlarda iştirak edirlər. Klubun öz forması, döyüş əlcəkləri var. Klubun inkişafında İspaniya Kikboksinq Federasiyasının üzvü, peşəkar idmançı, Muay-tay idman növü üzrə İspaniya çempionu, baş məşqçi Şamo Eyvazovun zəhməti böyükdür.

O, əzmlə, yüksək iradə ilə klubu gücləndirir. Klubun İspan idman cəmiyyətinə inteqrasiya olunmasına çalışır formalaşdırır. Həm də Qarabağ həqiqətləri təbliğ olunur”, - deyə E. Eltürk qeyd edib.