Dezodorant həvəskarı məktəb avtobusunda qalmaqal yaratdı

04:00 12-12-2019 446

Dözülməz dezodorant qoxusu səbəbindən, orta məktəb şagirdləri avtobusdan təxliyə olunub. 
 
“ABC Action News” xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib. 
 
Şagirdlərdən biri dezodorantı həddən çox vurduğuna görə, məktəb avtobusunda qalmaqal yaranıb. Qoxunun dözülməz olduğundan sürücü avtobusu təxliyə etmək qərarına gəlib. 
 
Hadisə yerinə hətta tibb işçiləri də gəlib, onlar şagirdləri müayinə edib. 
 
Məktəbliləri ünvana çatdırmaq üçün başqa avtobus çağırılıb.