Yeniyetmə kompyuter oyununa görə atasını bıçaqladı

05:40 12-12-2019 628

Yeniyetmə atasının kompyuter oyununu dayandırmaq xahişinə cavab olaraq onu bıçaqlayıb.

“The Sun” xəbər verir ki, hadisə Tailandın Surattxani şəhərində baş verib.

17 yaşlı Panvarat 51 yaşlı atası Anuvata Çoybenqdyunu bıçaqla kürəyindən vurub.

Xəbər verirlir ki, Anuvata polis serjantı olub. Hadisə yerinə gələn həmkarları onu qan içində tapıblar. Zərər çəkən xəstəxanaya aparılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Polislər qatili internet-kafedə tapıblar. Ailəsinin üzvləri bildiriblər ki, o bütün gecələri kompyuter oyunları oynayırmış və bu övladının gələcəyini düşünən atanı bərk narahat edirdi.