Nazir müavinindən məktəblərdə Yeni il tətili - AÇIQLAMASI

15:20 12-12-2019 453

Yeni ildə altı günlük dərs olan orta məktəblərdə neçə gün bayram tətili olacağı hələ müəyyən edilməyib.

HerGun.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini qeyd edib ki, hələlik bu məsələ ilə bağlı nazirlik tərəfindən qərar verilməyib: 

“Həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat göndərəcək”.

İlhamə Əbülfət