Pilotlar eniş zamanı təyyarədə iki dəfə şassini açmağı unutdular

18:20 12-12-2019 34

Avstraliyada Cənubi Uels ştatının aeroportunda pilotlar eniş vaxtı iki dəfə şassini açmağı unudublar. Hadisə ötən il baş versə də, baş verənlərin təfərrüatı indi açıqlanıb.

Bu barədə “7news” xəbər yayıb.

Bildirilir ki, Sidneydən uçan “A320” sərnişin təyyarəsi Ballin şəhərində eniş etməli idi, lakin pilotların ilk cəhdi uğursuz olub. 

Bundan sonra pilotlar ikinci dövrəyə qalxıblar, lakin eyni problemlə üzləşiblər. Xəbərdarlıq siqnalı işə düşəndən sonra anlayıblar ki, şassini açmağı unudublar. 

Nəticədə, pilotlar üçüncü cəhddə təyyarəni endirə biliblər.

Araşdırmalar zamanı məlum olub ki, pilotlar eniş üçün lazım olan prosedurları düzgün ardıcıllıqla həyata keçirməyiblər.