Suraxanı rayonunda 17 yaşlı yeniyetmə döyülərək ağır xəsarət alıb

02:00 13-12-2019 915

Suraxanı rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Hövsan parkının yaxınlığındakı köşkdə işləyən 17 yaşlı Orucov Nihad Əbülfət oğlu naməlum şəxslərlə mübahisə zamanı döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu