Bakıda 63 yaşlı qadını avtomobil vurub

04:20 13-12-2019 844

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

HerGun.Az xəbər verir ki, hadisə Dərnəgül qəsəbəsində baş verib.

99-FY-072 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Süleymanova Lətifə Məhəmməd qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu