Həbib Ronaldoya idmandan vaxtında getməyi məsləhət gördü

08:00 13-12-2019 574

UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov “Yuventus”un futbolçusu Kriştianu Ronaldoya məsləhət verib.

“Sport-Ekspress” xəbər verir ki, Həbib idmandan vaxtında ayrılmağın vacibliyini dilə gətirib.

“Mənim ona (Ronaldoya) və özümə məsləhətim idmanı vaxtında buraxmaqdı. Fiziki hazırlıqla bağlı mən ondan məsləhət istəmirəm, özümü hazırda yaxşı hiss edirəm”. – deyə Nurməhəmmədov qeyd edib.

Qeyd edək ki, rusiyalı idmançı portuqaliyalı futbolşu ilə coxdan dostluq edir. Həbib Ponaldonun 2009-2018-ci illərdə çıxış etdiyi Madrid “Real”ının azarkeşidir.