Beyləqanda  Ümummilli lider Heydər Əliyevin anım günü keçirilib

21:13 14-12-2019 440

Dekabrın 12-də Beyləqanda müasir Azərbaycan dövlətinin yaradıcısı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib. Beyləqan  rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq mühafizə  orqanlarının rəhbərləri, həmin təşkilatların əmədaşları,rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, hərbiçilər,səhiyyə, təhsil işçiləri və minlərlə Beyləqan sakini Heydər Əliyev Mərkəzində ucaldılmış Ümummilli Liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Beyləqan  rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasından, ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi yolunda atdığı addımlardan danışdı. Onun əziz xatirəsinin Azərbaycan xalqının ürəyində əbədi yaşayacağını bildirdi.Bu gün də əsası Ulu Öndər tərəfindən qoyulan hərtərəfli inkişaf siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

Çıxışlar oldu.Beyləqan rayon Mədəniyyət  Şöbəsinin  müdiri Nazim Mirzəyev,mərkəzi rayon xəstəxanasının həkimi Ulduz İbrahimova, Beyləqan rayon humanitar fənlər liseynin direktoru  Mehman Kərimov, Soltanbyd  kənd tam orta məktəbinin müəllimi M. Məhəbbət çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik dövründə başlanmış inkişafın bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından söz açdılar. Ölkə ictimaiyyətinin aparılan ardıcıl islahatları dəstəklədiyinə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarına inam ifadə ediblər.

Sonra Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.

Elman İsrafiloğlu