Şəmkirdə naməlum avtomobil 55 yaşlı kişini vurub öldürdü
23:00 14-12-2019 569
Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, naməlum avtomobil tərəfindən vurulan 1964-cü il təvəllüdlü Şıxməmdov Telman hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev