Klublararası dünya çempionatında yarımfinalçılar bəlli oldu

01:20 15-12-2019 508

Futbol üzrə klublararası dünya çempionatının oyunları davam edir.  

HerGun.Az xəbər verir ki, artıq turnirin yarımfinalçıları bəlli olub. 

Belə ki, Qətərin “Əl Sədd” klubu Meksika “Monterrey”i ilə qarşılaşıb. Meksika təmsilçisi 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. 

Bu mərhələnin digər oyununda Tunisin “Esperans” klubu “Əl Hilal” (Səudiyyə Ərəbistanı) ilə üz-üzə gəlib. Tunis təmsilçisi bu oyunda minimal hesabla (1:0) qalib gəlməklə sonuncu yarımfinalçı olub. 

Beləliklə, yarımfinalda UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey” üz-üzə gələcək. Bu oyun dekabrın 18-də baş tutacaq.  

Bundan bir gün öncə isə “Əl Hilal” KONMEBOL-da çempion olmuş “Flamenqo”yla (Braziliya) qarşılaşacaq. Dekabrın 17-də həm də “Əl Sədd” ilə “Esperans” 5-ci yer uğrunda mübarizə aparacaq. 

Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq.  

Final görüşü ilə yanaşı, bir yarımfinal matçı və 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək.