Bakıda avtomobil 71 yaşlı qadını vurub

06:20 15-12-2019 393

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində 1948-ci il təvəllüdlü Həsənova Bəsti Muxtar qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya catdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.