Masallıda zəlzələ oldu

14:20 15-12-2019 566

Bu gün Azərbaycanda zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən HerGun.Az-a verilən məlumata görə, yerli vaxtla saat 12:32-də Lənkəran stansiyasından 34 km şimal-şərqdə Masallı ərazisində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb. 

Zəlzələnin ocağı 36 km dərinlikdə yerləşib.  

Zəlzələ hiss olunmayıb.