Bundesliqanın yeni rekordçusu odur

16:00 15-12-2019 502

Alman futbolçusu Kay Haverts Bundesliqanın tarixinə düşüb. 

HerGun.Az “Opta”ya istinadla xəbər verir ki, “Bayer”in yarımmüdafiəçisi üçün “Köln”lə matç Almaniya yüksək liqasında 100-cü oyun olub.  

Bununla da o, Bundesliqada bu qədər sayda görüş keçirən ən gənc futbolçu (20 yaş 186 günündə) olub.  

Buna qədər rekord 20 yaş 203 günündə “Leyptsiq”li Timo Vernerə məxsus idi. 

Bu mövsüm Kay Haverts 19 matçda meydana çıxıb, 3 qol vurub və 1 dəqiq qol ötürməsi verib.