Qubada dairəni dönə bilməyən TIR qəza törətdi: Yaralı var - FOTO

17:00 15-12-2019 531

Qubada yük avtomobili qəza törədib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Heydər Əliyev prospektində baş verib. 

Yüklə dolu TIR dairəvi yolda dönərkən qəza törədib.  

Avtomobilin sürücüsü 35 yaşlı Dağıstan Respublikasının Qayakənd kənd sakini Aliyev Artur Aliyeviç ağır xəsarət alıb. 

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəyə qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  

Emin Xan