“Qəbələ” “Sabah”a ümid yeri qoymadı

18:00 15-12-2019 644

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.  

HerGun.Az xəbər verir ki, ilk qarşılaşma Qəbələdə baş tutub. 

Yerli komanda doğma meydanda “Sabah”la üz-üzə gəlib. 

Görüş qəbələlilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.  

Əyalət klubunun heyətində Klesio Bauk iki qol vurubsa, Ülvi İsgəndərov bir dəfə fərqlənib. 

Ölkə kuboku 

1/4 final (ilk oyunlar) 

“Qəbələ” - “Sabah” - 3:0 

Qollar: Klaesio Bauk, 19, 43, Ülvi İsgəndərov, 87